Azərbaycan Milli Konqresinin Azərbaycan Respublikasında dinc, sivil, demokratik seçki yolu ilə hakimiyyətə gəldiyi zaman qısa müddətdə görəcəyi işlər barədə Azərbaycan Xalqı qarşısında götürdüyü

ÖHDƏLİKLƏRİ

Azərbaycan Milli Konqresi qısa müddətdə Milli Keçid Hökuməti qurur. 3 il müddətinə Azərbaycan Xalqı qarşısında götürdüyü aşağıda göstərilən öhdəlikləri tam olaraq icra edir, bu öhdəliklərdən irəli gələn məsələlərlə bağlı referendum yolu ilə Konstitutiyaya dəyişikliklər edir, qanunlar qəbul edir. Qanunverici orqanlara, yerli İcraedici orqanlara, Məhkəmə hakimlərinə seçkilər keçirir və sonda Azərbaycan Respublikasında azad, demokratik Prezident seçkiləri keçirərək öz öhdəliklərini yerinə yetirmiş olur.


1. Azərbaycan Respublikası vətəndaşlarının sosial iqtisadi rifahının yaxşılaşdırılmağı barədə:
-Azərbaycan vətəndaşının hər birinə hər ay dövlət büdcəsindən(neft gəlirlərindən asılı olaraq, sonra artırılmaq şərti ilə) 100 ABŞ dolları ekvivalent olaraq ödənilməsi(yəni əgər ailədə 5nəfər varsa, ailəyə hər ay cəmi 500 ABŞ dolları ekvivalentində manatla ödənilir)..
-Evi olmayan Şəhid ailələri, müharibə Əlilləri və Müharibə İştirakçıları 2 il müddətinə mənzillə təmin ediləcək
-Şəhid ailələrinə hər ay 1000 ABŞ dolları, müharibə Əlillərinə hər ay 500 ABŞ dolları, müharibə iştirakçılarına hər ay 300 ABŞ dolları ekvivalentində manatla ödəniləcək
-Şəhid ailələri, müharibə Əlilləri və Müharibə İştirakçıları ictimai nəqiliyat vasitələrindən ödənişsiz istifadə edəcəklər
- Şəhid ailələri, müharibə Əlilləri, Müharibə İştirakçıları və eləcədə illik gəliri 12000 ABŞ dollarından aşağı olan ailələr üçün qaz, elektrik, su ödənişsiz olacaq
-18 yaşına çatana qədər uşaqlara hər ay 100 ABŞ dollar ekvivalentində manatla uşaq pulu ödəniləcək

2. Təhsil, Səhiyyə:
- Şəhid ailələri, müharibə Əlilləri, Müharibə İştirakçıları və eləcədə illik gəliri 12000 ABŞ dollarından aşağı olan ailələrin övladları ödənişsiz ali təhsil alacaqlar

-Tez bir zamanda Milli demokratik kadrların hazırlanması məqsədi ilə, müəllim, mühəndis, hüquq, hərbi, polis, həkim peşələri üzrə hər il minimum 10 min gənc İngiltərənin, Amerikanın və Avropanın öndə olan ali təhsil məktəblərinə bakalavır və magistr dərəcəsi almaq üçün dövlət hesabına təhsil almağa göndəriləcək
- təhsil, səhiyyə sahəsində işləyənlər üçün yaş həddi ləğv olunacaq
- İllik gəliri 12000 ABŞ dollarından aşağı olan ailələr üçün səhiyyə(müayinə, müalicə və dərmanlar) tam ödənişsizdir.
-Bütün dövlət Ali təhsil müəsisələri özəlləşdiriləcək, binaları və torpaq sahələri özəlləşdirilən şəxslərə icarəyə veriləcək
-tələbələr və şagirdlər üçün bütün ictimayi nəqiliyyat ödənişsiz olacaq
-Bütün təhsil sistemi İngiltərənin, Amerikanın, Avropanın təhsil sisteminə uyğun qurulacaq
-Azərbaycanda olan 300 dən çox rus məktəblərinin ləğv edilərək, Azərbaycanda yaşayan digər qardaş Milliyyətlərin(qardaş Talış, Ləzgi, Avar, Kürd, Russ və digər milliyyətlərin) öz dilində məktəblərin, mədəniyyət mərkəzlərin açılması üçün verilməsi
- Azərbaycanda yaşayan digər qardaş Milliyyətlərin(qardaş Talış, Ləzgi, Avar, Kürd, Russ və digər milliyyətlərin) tarixlərinin, mədəniyyətlərinin araşdırılması və öz dillərinin tədrisi üçün ali məktəblərdə kadırların
hazırlanması
-Müəllimlər və həkimlərin Dövlət hesabına mənzillə təmin olunması


3. Azərbaycan Respublikasında Mətbuat haqqında yeni qanunların qəbulu və onlara dövlət dəstəyi
-Özəl mətbuat, tv, radio, internet tv, elektron informasiya saytları, blogerlər(ölkə daxili və varicdə fəaliyyət göstərən Azərbaycan vətəndaşları) üçün lazımi elektron avadanlıqların dövlət hesabına alınıb verilməsi. Onlar üçün ölkə daxilində ofislər tikilərək pulsuz, ancaq komunal xərclərin ödənilməsi şərti ilə, onların istifadəsinə verilməsi
-Azad medianın inkişafı üçün, bütün qadağan edici qanunların ləğvi
-Media üçün lissenziyaların, qeydiyatların ləğvi
-TV və radioların ölkə daxilində bərabər surətdə yayımlanmasına şərait yaradılması
-Media şirkətlərinə faissiz kreditlərin verilməsi
- Media şirkətlərində 10 ildən çox işləyənlərə dövlət hesabına ödəniş etmədən mənzilin verilməsi
-Media şirkətlərində 1 ildən artıq işləyənlərə, mənzil almaq üçün faissiz kreditlərin verilməsi
-Azərbaycanda yaşayan digər qardaş Milliyyətlərin(qardaş Talış, Ləzgi, Avar, Kürd, Russ və digər milliyyətlərin) öz dilində özəl media şirkətlərinin yaratmaq hüququ verilməsi


4. Azərbaycanda yaşayan İnsanların İslam, Xristian və digər dinə inanan insanların ibadəti üçün Məscidlərin, Kilsələrin, digər ibadət yerlərinin və məktəblərin tikintisi
- Azərbaycanda yaşayan İnsanların İslam, Xristian və digər dinə inanan insanların ibadəti üçün Məscidlərdə, Kilsələrdə, digər ibadət yerlərində insanların sərbəst ibadəti üçün bərabər şəraitin yaradılması
- Azərbaycanda istənilən dini inaclı olan insanların öz dini ayinlərini həyata keçirmək üçün toplaşmaq sərbəstliyi verilməsi
-Azərbaycanda dövlət hesabına dini Ali və orta məktəblərin yaradılması
-Azərbaycan dini məktəblərini bitirmiş bəlli sayda tələbələrin ali təhsil almaq üçün, dünyanın inkişaf etmiş dini ali məktəblərinə dövlət hesabına göndərilməsi
-Azərbaycanda orta məktəblərdə əlavə fənn olaraq dini dərslərin könüllü tədris olunması(ancaq şagirdin və valideyinlərin razılığı ilə)
-Məscidlər, Kilsələr və digər ibadət yerləri dövlət tərəfindən qorunur, bütün komunal xərclərdən və vergilərdən azaddır
-Məscidlər, Kilsələr və digər ibadət yerlərində xidmət edənlər dövlət tərəfindən əmək haqqı ilə təmin olunur


5. Siyasi düşüncəsinə görə və digər səbəblərə hüquqları pozulmuş vətəndaşlar haqqında:

-Azərbaycanda və xaricdə yaşayan Azərbaycan vətəndaşlarının siyasi düşüncəsinə görə təqib olunmasına son qoyulması və həbs olunanların isə dərhal azad edilməsi, onlara dəymiş maddi, mənəvi ziyanın ödənilməsi.
-1993 cü il iyun ayından sonra açılmış bütün cinayət işləri, məhkəmələr tərəfindən verilmiş bütün məhkəmə qərarları yenidən araşdırılmalıdır. Əgər həmin açılmış cinayət işlərində, məhkəmə qərarlarında siyasi sifarişlər, korrupsiya faktları varsa, həmin qərarlar ləğv olunmalı və günahkar hüquq mühafizə orqanlarının işçiləri, hakimlər həbs olunaraq cəzalandırılmalıdır.
-Ev sahiblərinin razılığı olmadan evləri dağıdılmış ev sahiblərinin mülkiyyət hüququ bərpa olunmalı, əvvəl sahib olduqları mənzil sahəsindən 2 dəfə mənzil sahəsi ilə təmin olunmalıdırlar.
-Azərbaycanda ailənin mülkiyyətində olan yeganə mənzilin, istər borc qarışılığında, istərsə digər səbəbdən məhkəmə və digər dövlət orqanları tərəfindən mülkiyyət hüququnun ləğv etmə hüquqlarının qadağan edilməsi. Həmin mənzillərin, evlərin girov qoyulmasının qadağan edilməsi.


6. Xarici düşmən dövlətlərinin radikal, faşist, milli, dini, irqçilik salan cinayətkar dəstələri tərəfindən Azərbaycanda törətdikləri Xocalı Soyqırımı və Tərtər terroru haqqında:
-Xocalı Soyqırımı və Tərtər terroru zamanı, dininə, milliyyətinə görə Azərbaycan vətəndaşlarına verilən insanlığa, bəşəriyyətə sığmayan işgəncələr verməklə uşaqların, qadınların, yaşlıların, hərbiçilərin kütləvi şəkildə qətilə yetirilməsi göstərir ki, həmin cinayətkarlar təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükəlidir. Bu kimi ağır Soyqırımların, terrorların gələcəkdə dünyanın digər dövlətlərində törədilməməsi üçün, ancaq Xocalı Soyqırımını və Tərtər terrorunu törədən cinayətkar dəstənin üzvlərini, sifarişçilərini, icraçılarını cəzalandırmaq üçün Azərbaycanda açıq məhkəmə qurulmalı həmin cinayətkarlar əff olunmamaq, cəzaları heç vaxt azaldılmamaq şərti ilə, əmlakları müsadirə olunmaqla ömürlük həbs(və ya referendum yolu ilə, Azərbaycan Xalqının səs çoxluğu ilə ölüm hökmü) cəzası ilə cəzalandırılması. Cinayətkarların məhkəməsi ölkə daxili, xarici media ilə birbaşa canlı yayımlanmalı göstərilməlidir ki, birdaha dünyada belə dəhşətli cinayətlər təkrarlanmasın.


7. Azərbaycan Respublikasında azad, demokratik seçkilərin keçirilməsi üçün yeni qanunların qəbulu, seçkilərin demokratik keçirilməsi üçün şəraitin yaradılması
-Azərbaycanda siyasi partiyalar haqqında qəbul olunmuş qanunun ləğv edilməsi və yeni qanunun qəbul edilməsi. Həmin yeni qəbul ediləcək qanuna görə 10 nəfərdən çox istənilən Azərbaycan vətəndaşı siyasi partiya və ya siyasi təşkilat qura bilər. İstənilən Prezident, Bələdiyyə, Azərbaycan Milli Konqresinə seçkilərdə iştirak edə bilər.
-Azərbaycan Milli Məcilisinin ləğv edilərək Azərbaycan Milli Konqresinin yaradmaq və seçkilərin yenidən keçirilməsi.
-Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Xarici Kəşfiyat Xidməti rəisinin, Dövlət Təhlükəsizlik Xidmətini rəisinin və Baş Prokurorun, Hakimlərin Azərbaycan Milli Konqresi tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi.
-Dövlət büdcəsinin Azərbaycan Milli Konqresi tərəfindən təsdiq edilməsi
-İcra Hakimiyəti və onların qəsəbə, kənd nümayəndəliklərinin ləğv edilməsi. Əvəzində şəhər, qəsəbə, kənd yerli idarə etmə sistemi olan bələdiyyələrin yaradılması və onlara azad, demokratik seçkilərin keçirilməsi( Türkiyə, Amerika, İngiltərə təcrübəsindən istifadə etməklə)
-Rayon və şəhərlərdə olan digər mərkəzi icra orqanlarının idarə və şöbələrinin ləğv edilməsi və onların bütün səlahiyyətlərinin yerli Bələdiyələrə verilməsi.
-Azərbaycan Milli Konqresi ölkədə keçirilmiş Prezident, Bələdiyə seçkilərinin nəticələrinin azad, demokratik qanunu keçirilməsini təsdiq edir.
-Azərbaycan Milli Konqresi Azərbaycanda Prezident, Bələdiyə, Azərbaycan Milli Konqresinə seçkilərin vaxtını müəyyən edir.


8. Azərbaycan Respublikasında yeni inzibati, iqtisadi idarə etmə sisteminin, yeni gömrük sisteminin, yeni vergi sisteminin, yeni maliyyə sisteminin qurulması və bunlar haqqında yeni qanunların qəbulu
-Azərbaycan respublikasının vergi, gömrük, bank, sosial ödəniş, maliyyə sisteminin dünyanın ən inkişaf etmiş, demokratik idarəçilik sisteminə malik olan İngiltərə(UK) və ABŞ dövlətlərinin sistemlərinə uyğun qurulması


9. Azərbaycan Respublikası Ordusunun, Müdafiə sənayesinin, hüquq mühafizə orqanlarının, Məhkəmə sisteminin yenidən qurulması
-Müdafiə Nazirliyi ilə Müdafiə Sənaye nazirliyinin ləğv edilərək onların bazasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması.
-Müdafiə Nazirliyinin tabeliyində Müdafiə Sənayesi Agentliyinin yaradılması.
-Azərbaycan Ordusunun tam könüllü, ödənişli peşəkar orduya keçməsi.
-Məcburi hərbi xidmət keçmənin 18 aydan 2 aya(60 günə) endirilməsi.
-Butün hərbi qulluqçuların vəzifəsindən asılı olmayaraq minimum əmək haqqı aylıq 1000 ABŞ dolları
-Dövlət Sərhəd Xidməti, Daxili qoşunlar FHN-nin hərbi birləşmələri ləğv edilərək, səlahiyətləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə verilməlidir.
-Müdafiə Nazirliyinin idarə olunması 5 Ordu generalına və Müdafiə Nazirinə həbalə olunması.
-Ordu generalı rütbəsini Azərbaycan Milli Konqresi verir, vəzifəyə təyin edir və vəzifədən azad edir.
-Müdafiə Naziri mülkü şəxs və ya hərbiçi ola bilər.
- Müdafiə Nazirinin təqdimatını Prezident Azərbaycan Milli Konqresinə təqdim edir, Azərbaycan Milli Konqresi Müdafiə Nazirini həmin vəzifəyə təsdiq edir

 
10. Azərbaycan Respublikasının Xarici siyasəti
-Azərbaycanda hər hansı xarici dövlətlər hərbi birləşmələrini və ya hərbi bazaları, sülhməramlılarda daxil olmaqla yerləşdirilə bilməz
-Azərbaycan ərazisi digər dövlətlərə hərbi hücumlarda istifadə oluna bilməz
-Azərbaycan Birləşmiş Millətlər Təşkilatında qəbul olunmuş bütün digər dövlətlərin sərhədlərini, ərazi bütövlüyünü tanıyır və qəbul edir. Azərbaycan Ordusunun ancaq müdafiə məqsədi daşıdığını, heç bir dövlətə hərbi hücum etməyəcəyi barədə öhdəlik götürür və neytral dövlət olduğunu elan edir.
-Azərbaycan öz ərazilərində təbii sərvətlərin, o cümlədən yeni neft və qaz yataqların kəşfi, neftin, qazın dünyanın inkişaf etmiş dövlətlərin şirkətləri ilə bərabər, ortaq çıxararaq tələbatı olan dövlətlərə sataraq həmin dövlətlərin tələbatlarını yerinə yetirmiş olur, həmdə gəlir əldə edir. Dünyanın inkişaf etmiş dövlətləri dedikdə, İngiltərə, Türkiyə, ABŞ və inkişaf etmiş avropa ölkələri nəzərdə tutulur.
-Azərbaycanın təbii sərvətlərin çıxarılmasında iştirak edən həmin inkişaf etmiş dövlətlər öhdəlik götürməlidilər ki, hər hansı xarici dövlət Azərbaycana hərbi hücumlar edərsə Azərbaycna hərbi, maliyyə cəhətdən yardım edəcəklər.
- Azərbaycanın təbii sərvətlərinin çıxarılmasında iştirak edən inkişaf etmiş dövlətlər erməni işğalından azad edilmiş və azad ediləcək ərazilərdə inkişaf etmiş şirkətlərin istehsal sahələrinin, ali təhsil məktəblərin filiallarının yaradılması barədə öhdəlik götürməlidirlər. Azərbaycanda öz tərəfindən vergi və gömrük güzəştləri edəcək.

11. Azərbaycana məxsus Qarabağın erməni işğalı altında qalan ərazilərin işğaldan azad edilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, vətəndaşların küçürülməsi, həmin ərazilərdə iqtisadiyyatın bərpası və inkişafı.
-Azərbaycanın Qarabağ ərazisinin bəzi hissəsini işğalda saxlayan qanunsuz hərbi birləşmələrinə, eləcədə həmin ərazidə yaşayan erməni əhalisinə rəsmi Azərbaycan dövləti tərəfindən zəmanət verilməlidir ki, kim silahını Azərbaycan dövlətinə könüllü təhvil verib təslim olaraq, Azərbaycan vətəndaşlığını qəbul edərsə ona Azərbaycan vətəndaşlığı veriləcək. Azərbaycanın digər vətəndaşlarına verilən hüquqlar, imtiyazlar veriləcək. Ağır terrorlarda iştirak etməyibsə cinayət məsuliyyətinə, təqibinə məruz qalmayacaq. Əgər həmin könüllü təslim olan vətəndaşlar Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina edərək digər xarici dövlətə köçmək istəsələr, onda Azərbaycan dövləti öhdəlik götürür ki, həmin vətəndaşlara məxsus yaşayış sahəsini və ya digər əmlakını dəyərini ödəsin, həmin vətəndaşın özünü, ailəsini tam təhlükəsizliyini təmin etməklə, bütün yol xərclərini ödəməklə vətəndaşın istədiyi dövlətə yola salsın. Azərbaycan dövləti bu təklifin 90 gün keçərli olduğunuda bildirməlidir. 90 gündən sonra Azərbaycan dövləti Azərbaycan ərazisi olan Qarabağın işğalda qalan hissəsini işğal etmiş qanunsuz erməni silahlı birləşmələrindən təmizləmə əməliyatına başlamalıdır. Tabe olmayanlar həbs olunaraq, Azərbaycan qanunlarına uyğun cəzalandırılmalı, könüllü təslim olanlar isə cinayət məsuliyyətindən, təqibindən azad olunmalıdırlar. Cinayətkarlardan, qanunsuz silahlı hərbi birləşmələrdən təmizlənmə əməliyatlarında dinc, mülki əhali zərər görməməlidir.