AZƏRBAYCAN MİLLİ KONQRESİNİN əsas hədəfləri:
-Azərbaycan hakimiyyətinin çox hissəsini işğal edərək, 2 mindən çox Azərbaycan hərbiçisini zorlayaraq, ağır işğəncələr vermiş, 10 dan çoxunu ağır işgəncə verərək qətilə yetirmiş TƏRTƏR TERRORUNU törədən cinayətkar, TERRORÇU dəstədən Azərbaycan hakimiyyətini təmizləmək və Azərbaycanda Milli, Demokratik hökumət qurmaq
-Hakimiyyəti tamamilə əsl sahibinə, Azərbaycan Xalqına, Millətinə qaytarmaq
- Cinayətkar, Rüşvətxor Azərbaycan məmurlarının, Azərbaycan Dövlətindən, Xalqından oğurladıqları pulları, mülkləri onlardan alıb əsl sahibləri olan, Azərbaycan Xalqına, Millətinə qaytarmaq
-Azərbaycanda təhsili, Səhiyyəni, dərmanları, təbi yanar qazı tamamilə ödənişsiz etmək
-Azərbaycanın təbii sərvətlərindən, neftindən, qazından gələn gəlirlərindən hər bir vətəndaşa hər ay minimum 100 ABŞ dolları pay vermək
-Azərbaycanda minimum əmək haqqı 1000 ABŞ dolları təyin etmək
-Şəhid ailələrinə hər ay 1000 ABŞ dolları, Yaş hədinə, Əlilliyə görə təqaüdləri minimum 500 ABŞ dolları, müharibə iştirakçılarına isə hər ay 300 ABŞ dolları ödəniş təyin etmək
-Şəhid, Əlil ailələri maksimum 2 il ərzində, yeni ailə qurmuş gəncləri isə maksimum 5 il ərzində mənzillə təmin etmək
-Şəhid, Əlil, Müharibə iştirakçılarının bütün ictimayi nəqiliyyat və komunal ödənişlərdən azad olunması
-Şagirdlərin, Tələbələrin, Müəlimlərin və Həkimlərin bütün ictimai nəqliyatda ödənişdən azad olunması
-18 yaşına çatana qədər hər bir uşağa minimum 100 ABŞ dolları ödəmək
-Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün Azərbaycanlılara Azərbaycan Vətəndaşlığı vermək və onların bütün hüquqlarını qorumaq